Braziliyalı cinah oyunçusu Qabriel Martinelli "Arsenal"dan "Əl-Hilal"a keçməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu London təmsilçisi ilə Martinellinin transferi üçün 70 milyon avro məbləğində razılığa gəlib. Hazırda son detallar müzakirə olunur və əlavə bonuslar nəzərdə tutulmayıb.

Martinelliyə dörd illik müqavilə təklif olunub və onun şərtlərinin transferə mane olmayacağı gözlənilir. Lakin tərəflər arasında tam razılıq hələ əldə olunmayıb.

Bu transfer baş tutarsa, "Arsenal" tarixində ən böyük satış olacaq. Əvvəlki rekord 2017-ci ildə Aleks Oksleyd-Çemberlenin "Liverpul"a 38 milyon avroya keçidi idi.