"Barselona"nın baş məşqçisi Hansi Flik yarımmüdafiəçi Frenki de Yonqun zədədən sonra vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Flik Niderland millisinin üzvünün dünya çempionatında aldığı diz zədəsindən sonra bərpa prosesini şərh edib: "Əsas odur ki, Frenki de Yonq hər gün irəliləsin. O, inkişaf edir və çox çalışır. Frenki fantastik oyunçudur və onun bizimlə olmasından çox məmnunam".
Frenki de Yonq isə yayılan şayiələrə münasibət bildirib: "Haqqımda o qədər yalan yazırlar ki, bu, imicimə zərər vurur. Mən "Atletiko" ilə oyunda iştirakdan imtina etməmişəm, belə bir şey olmayıb. Flik və "Barselona" ilə münasibətlərim yaxşıdır".


