Fransalı müdafiəçi Jan-Kler Todibo "Vest Hem"dən "Lans"a icarəyə keçməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, razılaşmada satınalma şərti nəzərdə tutulmayıb. Todibo Fransaya qayıtmaq və Çempionlar Liqasında oynamaq üçün maaşının azaldılmasına razılıq verib. Onunla "Marsel" də maraqlanıb, lakin klubun transfer bazarındakı problemləri "Lans"ın xeyrinə olub. 26 yaşlı futbolçunun mövsümün sonuna qədər icarə əsasında komandaya qoşulacağı gözlənilir. Todibo 2024-cü ildən "Vest Hem"də çıxış edir. O, daha əvvəl "Nitsa", "Barselona", "Benfika", "Şalke" və "Tuluz"da da oynayıb.