Xulian Alvares bir neçə məşqi buraxdıqdan sonra bazar günü "Atletiko"nun məşqlərinə qayıdıb.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, argentinalı hücumçu xəstəlik səbəbindən çərşənbə, cümə axşamı və cümə günləri komanda ilə məşqlərdə iştirak etməyib, həmçinin "Sevilya" ilə oyundan əvvəlki son məşqdə də olmayıb. O, şənbə günü keçirilən və "Atletiko"nun 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın heyətinə daxil edilməyib.
Alvares cümə günü fərdi qaydada fiziki hazırlıq üzrə məşqçi ilə çalışıb. Bu, onun komandaya qayıdışı üçün atılan ilk addım olub.
Qeyd edək ki, Alvaresin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. O, daha əvvəl "Barselona"ya keçmək istədiyini bildirmişdi və transfer pəncərəsinin bağlanmasına 48 saatdan bir qədər çox vaxt qalır.


