"Mançester Siti"nin oyunçusu Cek Qriliş “Everton”a qayıtmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, “Everton” Cek Qrilişi yenidən heyətinə qatmaq üçün danışıqları davam etdirir. Tərəflər arasında icarə müqaviləsi ilə bağlı danışıqların müsbət istiqamətdə irəlilədiyi və artıq son mərhələyə yaxınlaşdığı bildirilir.
İngiltərə millisinin üzvü “Everton”a qayıtmağa üstünlük verir. Hər şey plan üzrə getsə, Qrilişin transferinin gələn həftənin əvvəlində rəsmiləşdirilməsi gözlənilir.
Qeyd edək ki, ingiltərəli futbolçu 2025-26 mövsümünü "Everton"da keçirib.


