Böyük britaniyalı ağırçəkili Mozes Itauma Filip Hrqoviçlə döyüşdən sonra rinqi sərbəst tərk edə bilməyib.
Offsideplus.az xəbər verir ki, onu xərəkdə aparıblar.
Itauma vakant olan IBF çempionluq kəməri uğrunda keçirilən döyüşün 9-cu raundunda Hrqoviçə texniki nokautla məğlub olub – onun məşqçisi Ben Davison rinqə dəsmal atıb.
Hrqoviç ağır çəkidə IBF versiyası üzrə yeni dünya çempionu olub. Itauma peşəkar karyerasında ilk məğlubiyyətini alıb, onun rekordu hazırda 14-1-dir.


