"Barselona" klubu heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi "Arsenal"ın braziliyalı hücumçusu Qabriel Jesusun transferində maraqlıdır.
Onlar 29 yaşlı forvardı heyətinə qatmaq üçün hərəkətə keçib.
G. Jesus 2022-ci ildən "Arsenal"da çıxış edir. O, London klubunun heyətində 123 oyun keçirib və 32 qol vurub.


