Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyeva klub karyeralarını Azərbaycanda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, ötən mövsüm Türkiyədə forma geyinən hər iki futbolçu Yüksək Qızlar Liqasında mübarizə aparan "Liman"la anlaşıb.
Müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Xatırladaq ki, F.Cəfərovanın son klubu "Hakkarigücü" olub. V.Hacıyeva isə bu Türkiyənin "Yüksekova" komandasında çıxış edib.


