"Barselona"nın baş məşqçisi Hansi Flik Qızıl Top mükafatı ətrafında gedən müzakirələrə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, alman mütəxəssis bu mükafata xüsusi önəm vermədiyini deyib: "Bu, mənim işim deyil. Onsuz da işim kifayət qədər çətindir və buna fokuslanmalı deyiləm. Komandamda yüksək səviyyəli, dünya səviyyəli futbolçular var. Düzünü desəm, bu mükafat mənə maraqlı deyil. Əsas olan komandadır. Dünyada çoxlu keyfiyyətli oyunçu var, bir nəfəri seçib ona ən yaxşı futbolçu mükafatı vermək asan deyil".


