“Çelsi” Emiliano Martinezin transferini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Argentinalı qapıçı “Aston Villa”dan London klubuna 7,5 milyon funt-sterlinq qarşılığında transfer olunub.

Martinez yeni klubu ilə bağlı ilk açıqlamasında deyib:

“Burada olmaq arzum idi. Uğurlu olmaq istəyirəm. Etdiyim hər şeydə qalib gəlmək istəyən biriyəm və bu mentaliteti bu futbol klubuna gətirmək istəyirəm”.