NBA-nın ən parlaq ulduzlarından olan Stefen Karri "Qolden Steyt Uorriors"la müqaviləsini 2 il və 136,7 milyon dollar dəyərində uzatmaq hüququ əldə edib.

Offsideplus.az xəbər verir ki, bu hüquq bu gündən başlayaraq 2027-ci il iyunun 30-dək qüvvədə olacaq. Liqanın 38 yaşdan yuxarı oyunçular üçün tətbiq etdiyi qaydalara əsasən, hazırkı müqavilənin uzadılması yalnız 2 illik mümkündür. Əgər Karri azad agent statusu əldə etməyi gözləsə, o zaman 3 mövsümlük yeni müqavilə bağlaya bilər. "Uorriors"un baş meneceri Mayk Danlivi daha əvvəl dördqat NBA çempionu ilə yeni müqavilənin imzalanacağına inamını ifadə edib. Qeyd edək ki, ötən mövsüm Karri dizindəki problemlərə görə cəmi 45 oyunda iştirak edib və orta hesabla 26,6 xal, 3,6 ribaund və 4,7 assistla yadda qalıb.