'İnter Mayami' beş oyunluq qələbəsiz seriyaya son qoyub.
Offsideplus.az xəbər verir ki, Lionel Messinin dörd qol vurduğu qarşılaşmada ABŞ təmsilçisi 'Monreal'i 7:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə Florida klubu ardıcıl beş oyunda qələbə qazana bilmədiyi seriyanı bitirib.
Həmin seriyada komanda üç məğlubiyyət və iki heç-heçə ilə kifayətlənmişdi.
Hazırda "İnter Mayami" 22 oyundan sonra Şərq Konfransında ikinci pillədə qərarlaşıb və lider "Neşvil"dən 10 xal geri qalır.
Messinin poker etdiyi oyunun icmalını sizə təqdim edirik:


