Almaniyalı keçmiş müdafiəçi Robert Hut Florian Virtsin "Liverpul" üçün baha başa gələn problemə çevrildiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Hut yayda 136 milyon avroya transfer olunan Virtsin fiziki hazırlıqda çətinlik yaşadığını və bədən dilinin də yaxşı olmadığını qeyd edib. Onun sözlərinə görə, əgər Virts ilin sonuna qədər irəliləyiş göstərməsə, "Liverpul" rəhbərliyi futbolçunu satmaq imkanlarını nəzərdən keçirəcək.