“Sabah” basketbol klubunun Litvada yeni mövsümə hazırlığı davam edir.
Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi növbəti yoxlama matçında Litvanın “Şyaulyay” klubu ilə qarşılaşıb.
Təmsilçimiz görüşü 92:80 hesabı ilə qazanıb.
Qeyd edək ki, “Sabah” sentyabrın 14-dək Litvada təlim-məşq toplanışında olacaq.


