LeBron Ceymsin "Los Anceles Leykers"dən ayrılmasından sonra Luka Donçiç komandanın mütləq liderinə çevrilib. Mütəxəssislər hesab edir ki, bu mövsüm Donçiçin MVP mükafatını qazanmaq üçün real şansı var.

Offsideplus.az xəbər verir ki, ESPN-in reportyoru Tim Makmen bildirib ki, "Leykers"dən LeBronun gedişindən sonra komanda ilə bağlı gözləntilər son illərin ən aşağı səviyyəsindədir. Onun sözlərinə görə, əgər "Leykers" 53 qələbə qazanarsa və Donçiç sağlam olarsa, MVP üçün ciddi namizəd olacaq: "Lukanın göstəriciləri həmişə MVP səviyyəsindədir. Əgər 53 qələbə və yüksək statistika olarsa, onun MVP-yə şansı çox yüksəkdir. Luka debüt mövsümündə olduğu kimi formada görünür və əla vəziyyətdədir".