Yaponiyalı döyüşçü Kai Asakura UFC-də ikinci ardıcıl qələbəsini əldə edib.
Offsideplus.az xəbər verir ki, o, UFC Şanxay turnirində monqol idmançı Aoriqileng ilə qarşılaşıb və döyüşü texniki nokautla başa vurub.
İlk raundda hər iki idmançı ehtiyatlı çıxış edib. Asakura bədənə və başa dəqiq zərbələr endirib, Aoriqileng isə aşağı ayaq zərbələri ilə cavab verib. Raundun sonunda Asakura rəqibini hasara sıxışdıraraq üstünlüyü ələ alıb. İkinci raundun əvvəlində Asakura başa güclü zərbə ilə Aoriqileng-i yerə salıb və ardınca yerüstü zərbələrlə döyüşü 34-cü saniyədə TKO ilə qazanıb. Bu, Asakuranın karyerasında 18-ci erkən qələbəsi olub. Döyüşdən sonra o, çıxışından razı qaldığını və növbəti qarşılaşmada güclü rəqib istədiyini bildirib.


