Çinin UFC döyüşçüsü Sun Yadun Şanxayda keçirilən turnirdə Umar Nurmaqomedov üzərində qazandığı qələbədən sonra açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Yadun döyüşdən sonra bunları deyib:

"Növbəti kimdir? Mənə yalnız komandam inanırdı, başqası yox, amma qalib gəldim. Ola bilər ki, bu, indi və ya gələn ay baş verməsin, amma mən UFC-nin ilk çinli çempionu olacağam. Mənə titul döyüşü verin! Komandam deyirdi ki, bu rəqibi nokaut edəcəyəm və bunu etdim. Tarix yazdım".

Sun Yadun ikinci raundda nokautla qalib gəlib və Nurmaqomedova karyerasında ikinci məğlubiyyəti yaşadıb.