Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes Dünya Çempionatının finalından sonra baş verən kütləvi insidentə görə aldığı cəza barədə danışıb.
Offsideplus.az xəbər verir ki, FIFA 32 yaşlı futbolçunu milli komandanın 10 oyunu üçün diskvalifikasiya edib. Hadisədə iştirak edən Gavi isə cəmi bir oyunluq cəzalandırılıb.
"Bu, həddindən artıq sərtdir. Üstəlik, Qaviyə bir oyun cəza verilməsi də qəribədir, çünki məhz o, məni sinəmdən vurdu", – deyə Paredes "Boka Xuniors"un "Lanus" üzərində qələbəsindən sonra bildirib.
Argentinalı oyunçu qərardan apellyasiya şikayəti vermək niyyətində olduğunu da əlavə edib: "İndi apellyasiya vermək və cəzanın azaldılıb-azaldılmayacağını görmək qalır. Məncə, bu cəza həddindən artıqdır, ümid edirəm, azaldılar".
Qeyd edək ki, insident İspaniya – Argentina matçının final fitindən sonra baş verib. İspaniya ikinci dəfə ardıcıl dünya çempionu olduqdan sonra meydanda kütləvi dava yaranıb və nəticədə Argentina millisinin bir neçə üzvü ilə yanaşı Qavi də cəzalandırılıb.


