Premyer Liqanın 2-ci turunda "Liverpul" doğma meydanda "Nottingem Forest"i qəbul edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmada hesabı 24-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Dan Ndoye açıb. 31-ci dəqiqədə Florian Virtz bərabərlik qolunu vursa da, ofsayd səbəbindən bu qol qeydə alınmayıb.
Fasilədən sonra Aleksander İsak hesabı bərabərləşdirib, lakin 10 dəqiqə sonra Morqan Gibbs-Uayt penalti zərbəsini dəqiq yerinə yetirərək "Nottingem"i yenidən önə çıxarıb.
Mersisayd təmsilçisinin yeni transferi Viktor Munyos 82-ci dəqiqə hesabı yenidən bərabarləşdirib. Matç belə də başa çatıb.
"Liverpul" 2 turdan sonra eyni sayda xal yığıb. NF isə cari mövsümkü ilk xalını qazanıb.
Qarşılaşmanın qollarını sizə təqdim edirik:


