Bantam çəki dərəcəsində iddialı döyüşçülər Umar Nurmaqomedov və Sonq Yadong UFC Şanxay turnirinin əsas qarşılaşmasında üz-üzə gəlib. Hər iki idmançı titul şansını qorumaq üçün qəfəsə çıxıb və bu döyüş onların gələcək planlarına birbaşa təsir edə bilərdi.

Offsideplus.az xəbər verir ki, ilk raundda Umar Nurmaqomedov rəqibini yerə salmağa çalışsa da, Sonq Yadong onu gilyotin fəndinə salıb. Lakin çinli döyüşçü bu üstünlüyü sona qədər qoruya bilməyib və Nurmaqomedov yarım raund ərzində üstünlüyü ələ alıb. İkinci raundda isə Sonq Yadong rəqibinin yerə salma cəhdini dəf edib və döyüşün gedişatını dəyişib. Qəfil endirdiyi yuxarı zərbə ilə Umar Nurmaqomedovu qulaq nahiyəsindən vurub və onu yerə salıb. Hakim döyüşü dayandırıb və Sonq Yadong texniki nokautla qalib elan olunub. Rəsmi nəticəyə əsasən, Sonq Yadong Umar Nurmaqomedovu ikinci raundda, 1:48-də zərbələrlə məğlub edib.