Misli Premyer Liqasında keçiriləcək Qərb derbisi öncəsi azarkeşlər üçün konsert proqramı nəzərdə tutulub.

Offsideplus.az xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutacaq "Kəpəz" – "Turan Tovuz" qarşılaşmasından əvvəl, saat 17:00-da müğənni Pərviz Abdullayevin konserti olacaq.

Avqustun 30-da, saat 18:00 başlayacaq matçın biletlərini arena satış məntəqələrindən və "iTicket.az" platformasından onlayn qaydada əldə etmək mümkündür.