"Neftçi"dən ayrılan Vensan Abubakar karyerasını Türkiyədə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı kamerunlu forvard II Liqa təmsilçisi "Bodrum" klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, V. Abubakar ötən ilin noyabrında "Neftçi"yə transfer olunmuş və başa çatan mövsümün sonunda paytaxt təmsilçisindən ayrılmışdı. O, "ağ-qaralar"ın heyətində 18 oyunda 9 qol vurub.


