İngiltərənin "Liverpul" klubu Fransa millisinin üzvü Bredli Barkolyanın transferi üçün PSJ ilə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, "Liverpul" 23 yaşlı cinah oyunçusu üçün Paris təmsilçisinə 125 milyon avro əsas, 20 milyon avro isə asanlıqla aktivləşəcək bonuslar ödəyəcək. Barkolya yaxın 24 saat ərzində tibbi müayinədən keçəcək və beşillik müqavilə imzalayacaq.
Bredli Barkolya PSJ ilə 152 oyunda iştirak edib, 39 qol vurub və 37 məhsuldar ötürmə ilə yadda qalıb.
O, Paris klubu ilə iki dəfə Çempionlar Liqasının qalibi olub və üç dəfə Fransa çempionluğunu qazanıb.


