"Bavariya"nın baş məşqçisi Vensan Kompani Bundesliqada "Ştutqart" üzərində 5:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, belçikalı mütəxəssis bu nəticənin Münhen klubunun Bundesliqa komandalarına olan üstünlüyü barədə danışıb: "Yaxşı xatırlayıram, bura gələndə – bu, elə də çox əvvəl deyildi, cəmi iki il öncə – elə görünürdü ki, "Ştutqart" "Bavariya"nı asanlıqla məğlub edir. İndi fərq böyük görünür, çünki biz qalib gəlirik. Amma hər şey çox tez dəyişə bilər – məhz buna görə biz eyni tempdə davam etməyə və hər dəfə sıfırdan başlamağa köklənmişik" – deyə Kompani bildirib.