NBA-nın Şərq Konfransında yer alan bir klubun rəhbəri Kameron Buzerin potensialına böyük inam göstərib. O, "Memfis Qrizlis"in qarşıdakı mövsümdə çətinliklərlə üzləşəcəyini, lakin Buzerin komandanın əsas ümidverici oyunçusuna çevriləcəyini bildirib.

Offsideplus.az xəbər verir ki, rəhbər şəxs Kameron Buzerin gənc yaşlarından qalibiyyətə alışdığını və daim uğur qazandığını vurğulayıb. O, "Qrizlis"in bu mövsüm parlaq nəticələr göstərməsə də, Buzerin ilin ən yaxşı debütantı mükafatını qazanacağına inanır. Xatırladaq ki, forvard Kameron Buzer universitetdə keçirdiyi 38 oyunda orta hesabla 22,5 xal, 10,2 ribaund və 4,1 assistla yadda qalıb. Onun liderliyi ilə "Dyuq" komandası mövsümü 35 qələbə və 3 məğlubiyyətlə başa vurub, lakin NCAA turnirinin 1/4 finalında mübarizəni dayandırıb.