"Ayaks" akademiyasının oyunçusu Sib Zeldenteys Konfrans Liqasının "Sion"a qarşı keçirilən oyunundan əvvəl bacarığını nümayiş etdirib.

Offsideplus.az xəbər verir ki, gənc futbolçu "Yohan Kroyff Arena"da meydanda topu 3085 dəfə havada saxlayıb. O, ən yaxşı nəticə üçün təşkil olunan yarışmada iştirak edib. Zeldenteysin çıxışı qarşılaşmanın başlanmasına az qalmış dayandırılıb. Arenadakı azarkeşlər onun uğurunu alqışlarla qarşılayıb.