"Milan" rəhbərliyi "Nottingem Forest"in cinah oyunçusu Omari Hatçinsonu heyətinə qatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, bu transfer portuqaliyalı Rafael Leao "Qalatasaray"a keçməyə yaxın olduğu üçün gündəmə gəlib. "Milan" artıq 23 yaşlı ingilis futbolçu ilə bağlı ilkin məlumat toplayıb və mümkün transfer üçün ilk əlaqələri qurub.

Omari Hatçinson ötən yay "Nottingem Forest"ə 40 milyon avroya transfer olunub. Premyer Liqanın 2025/26 mövsümündə o, 31 oyunda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.