İspaniya La Liqası təmsilçisi "Valensiya" "Liverpul"un istedadlı yarımmüdafiəçisi Harvi Elliottu heyətinə qatmaq istiqamətində ciddi addımlar atır.
Offsideplus.az xəbər verir ki, klublar arasında baş tutan danışıqların intensiv xarakter aldığı və tərəflər arasında müqavilənin şərtləri ilə bağlı yüksək optimizmin hökm sürdüyü qeyd olunur.
23 yaşlı ingilis futbolçunun karyerasına İspaniyada davam etmək ehtimalı yüksək qiymətləndirilir.
"Valensiya" rəhbərliyi transferi qısa müddətdə tamamlamaqda qərarlıdır və tərəflərin yaxın günlərdə yekun razılığa gələcəyi gözlənilir.
Elliottun mümkün keçidi hər iki klubun azarkeşləri tərəfindən böyük maraqla izlənilir.


