Almaniya Kubokunda əsl nağıl kimi bir qarşılaşmanın şahidi olunacaq.
Offsideplus.az xəbər verir ki, həvəskar klub olan "HEBC Hamburq" yaxın günlərdə "Bundesliqa" nəhəngi "Borussiya Dortmund" ilə qarşılaşacaq.
İnstaqramda 3 mindən az izləyicisi olan kiçik həvəskar klubun nəhəng rəqiblə üz-üzə gələcək olması onlar üçün unikal və böyük bir hadisədir.
Bu matç klubun tarixinin ən əlamətdar anlarından biri kimi yadda qalacaq.


