Transfer çalışmalarına start verən "Gəncəbasar" Mahir Həsənov ilə münasibətləri rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, onunla bir illik müqavilə imzalanıb.

Gəncə futbol məktəbinin yetirməsi olan futbolçu Premyer Liqa təcrübəsinə malikdir. O, "Kəpəz"in heyətində elitada top qovub.

24 yaşlı Həsənov müdafiəçi mövqeyində çıxış edir. Mahirin son klubu I Liqa təmsilçisi "Zaqatala" olub.

Offsideplus.az-ın məlumatına görə, "Gəncəbasar"ın növbəti keçidi Seymur Rəhimov olacaq.