Madrid klubunun baş direktoru Gil Marin ulduz hücumçu Xulian Alvares haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, o, futbolçunun ətrafında baş verənlər və onun gələcəyi barədə çox sərt və diqqətçəkən açıqlamalarla çıxış edib.

  • Oyunçunun vəziyyəti: "Hulianın səhhəti yaxşı deyil. O, həm şəxsi, həm də peşəkar səviyyədə ÇOX çətin vəziyyətdən keçir. O, aldadılıb. Onun üçün çox üzülürəm."

  • Etika və peşəkarlıq vurğusu: "Etika və peşəkarlığın olmaması bizi qəzəbləndirir və iyrəndirir. Bir daha qəti şəkildə bildiririk ki, HEÇ BİR şəraitdə "Barselona" ilə danışıqlar aparmayacağıq."

  • Klubun mövqeyi və gələcək: "Bizim əsas niyyətimiz və şəxsi arzum ONDADIR Kİ, o, bizimlə qalsın. Əgər o, Madriddə yaşamağı və "Atletiko"da oynamağı uyğunsuz hesab edərsə, alternativlərə baxa bilərik, ancaq onun "Barselona"ya keçidi olmayacaq"