"Kəpəz" - "Turan Tovuz" matçı öncəsi azarkeşlər arasında böyük ajiotaj yaşanır.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının 3-cü turu çərçivəsində oynanılacaq Qərb derbisinə artıq 5000 bilet satılıb.
Qarşılaşmanın bilet satışı Gəncə şəhər stadionunun kassalarında və iTicket.az platformasında onlayn qaydada davam edir.
Qeyd edək ki, bu qarşılaşma avqustun 30-da, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


