Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunları yekunlaşır.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün qrupda beşinci matçına çıxacaq. Yığmamız Niderland seçməsi ilə üz-üzə gələcək.
C qrupunun bugünkü ilk oyunu artıq baş tutub. Rumıniya İspaniyanı set vermədən məğlub edib - 3:0.
18:30. Azərbaycan – Niderland
Qeyd ki, millimiz daha əvvəl Portuqaliya (3:1), İspaniya (3:0) və Rumıniyanı (3:2) məğlub edib, Belçikaya (0:3) isə uduzub. Komandamız artıq pley-offa vəsiqəni təmin edib.
Xal durumu: Belçika – 13 xal, Niderland – 9, Azərbaycan – 8, Rumıniya – 6, Portuqaliya – 5, İspaniya – 1.
Qeyd edək ki, C qrupunun qarşılaşmaları Milli Gimnastika Arenasında keçirilir.


