33 yaşlı ispaniyalı hücumçu Alvaro Morata karyerasını İspaniya İkinci Divizionunda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, o, "Komo" klubundan mövsümün sonuna qədər icarə əsasında "Leqanes"ə keçib.
"Real Madrid", "Yuventus", "Çelsi", "Atletiko Madrid", "Milan", "Qalatasaray", "Komo" kimi klubların formasını geyinmiş tanınmış hücumçu zəngin karyerasına yeni bir səhifə əlavə edərək "mədənçilər" ləqəbli komandaya qoşulub.
Bu keçid təcrübəli futbolçunun Madrid bölgəsinə qayıtmaq istəyi ilə də bağlıdır.


