“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov 2018-ci ildən bu vəzifədə çalışır. İlk gündən indiyədək bütün uğurları birgə qazanıblar.

“Sabah” iki mövsüm əvvəl Azərbaycan kubokunu qazandı. Ötən “futbol ili”ndə də bu titulu qorudu, üstəlik çempion da oldu. “Bayquşlar” ilk dəfə qatıldığı Çempionlar Liqasının liqa mərhələsinədək yüksəldi. 

Yazının səbəbkarı Həmidov bu barədə hisslərini Offsideplus.az-la bölüşüb:

“Düzü, bu qədər il klubun içində olub bu yolun hər mərhələsinə şahidlik etmək mənim üçün də çox xüsusi hissdir. İlk vaxtlardan bu günə qədər "Sabah"ın necə addım-addım böyüdüyünü görmüşəm. Hər uğurun öz hekayəsi, öz həyəcanı olub. Amma son dönəmdə yaşadıqlarımızın yeri tamam başqadır. Çempionluq, kubok, Çempionlar Liqasında keçdiyimiz mərhələlər və nəhayət liqa mərhələsinə vəsiqə... Bunların hamısının canlı şahidi olmaq böyük qürurdur”.

Çempionluq, yoxsa Çempionlar Liqasının liqa mərhələsinin iştirakçısı olmaq sualına katib bu belə cavab verib:

“Məncə, hər ikisinin xüsusi yeri var. Ən azından çempion olmadan Çempionlar Liqasına yollana bilmərsən. Bu baxımdan nəinki bu iki uğurun, hətta hər qələbənin də öz xüsusi rolu, öz hekayəsi var”.