Baş məşqçi Xabi Alonso "Çelsi"nin transfer siyasəti və heyətinin formalaşdırılması ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Alonso hazırkı heyətin planlaşdırdıqları vəziyyətə yaxın olduğunu bildirib: "Biz planlaşdırdığımız vəziyyətə kifayət qədər yaxınlaşmışıq. Son günlərdə nələrin baş verəcəyini görəcəyik. Plan tam reallaşacaq, yoxsa hələ görüləsi işlər qalacaq, bunu zaman göstərəcək. Amma düşünürəm ki, ümumilikdə yaxşı balans əldə edəcəyik. Komanda hazırda birləşir və bu proses vaxt tələb edir. Yaxşı vəziyyətdəyik, qarşıda bir neçə gün var və nələrin olacağını izləyəcəyik".

Alonso geniş heyətlə işləməyin çətinliklərindən də danışıb: "Vacibdir ki, hər bir oyunçunun karyerasının fərqli mərhələsində olduğunu başa düşək və buna hörmətlə yanaşaq. Bəziləri artıq təcrübəlidir, digərləri isə ilk dəfə belə böyük klubda və ya Premyer Liqada çıxış edir. Onlar bunu anlayır və bu, komandanın formalaşmasına təsir edir. Dəqiq rəqəmlər yoxdur, amma müəyyən ideyalarımız var və onlara yaxınlaşacağıq".

Qeyd edək ki, Alonso transfer pəncərəsi bağlanana qədər "Çelsi"nin heyətini 16 oyunçu azaltmaq niyyətindədir. Hazırda komandada 41 futbolçu var. Komandanı Enso Fernandes, Nikolas Cekson, Delap, Disasi və digər oyunçular tərk edə bilər.