"Fənərbağça" klubunun prezidenti Aziz Yıldırım "Ayntraxt"ın futbolçusu Can Uzunu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, 73 yaşlı funksioner gənc futbolçunu "Fənərbağça"ya qazandırmaq üçün bütün imkanlarını səfərbər edib.

Yıldırım bu keçidin reallaşması üçün aktiv iş aparır.

Qeyd edək ki, C. Uzunu "sarı-lacıvərdlilər"in əzəli rəqibi "Qalatasaray" da transfer etmək istəyirdi. Lakin bu keçidə Frankfurt təmsilçisinin tələb etdiyi yüksək transfer məbləği mane olmuşdu.

20 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.