Almaniyalı futbolçu Tomas Müller cari mövsümdə "Bavariya"nın Bundesliqada ciddi rəqibinin olmayacağını bildirib.

Offsideplus.az xəbər verir ki, Müller Almaniyada heç bir komandanın bu mövsüm "Bavariya" ilə rəqabət apara bilməyəcəyini deyib. Onun sözlərinə görə, Münhen təmsilçisi ötən mövsümdə olduğu kimi, təxminən 89 xal toplayacaq və başqa heç bir klub bu nəticəyə yaxınlaşa bilməyəcək. Müller qeyd edib ki, "Bayer" 2023/24 mövsümündə son dəqiqələrdə vurulan qollar və xüsusi oyun sayəsində buna nail olub, lakin bu, istisna hal idi. O, ənənəvi rəqiblər kimi "Borussiya Dortmund", "Leyptsiq" və "Bayer"i göstərib, "Ştutqart"ı isə iddialı komanda adlandırıb, lakin onların da 80 xal toplamasını real saymayıb. Müller bu mövsüm yeni bir "Bayer"in ortaya çıxacağını düşünmədiyini vurğulayıb.