"Sumqayıt"ın ənənəvi "Yay Futbol Düşərgəsi" layihəsinə start verilib

Offsideplus.az xəbər verir ki, tədbir "Paşa Həyat Sığorta", "SOCAR Polymer" və "İkar-Qrup"un ("Kəhriz Su") sponsorluğu, eləcə də "Azərikimya", "CineMastercard" və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilir.

Avqustun 27-də başlayan və 9 gün davam edəcək düşərgədə Sumqayıt məktəb və liseylərindən 100-ə yaxın oğlan və qız şagird iştirak edir.

2014-cü ildən təşkil olunan layihəyə bu günə qədər 1200-dən çox məktəbli cəlb olunub.