Patrik Beverli "Bulasak" klubunun müdafiəçisi kimi çıxış etdiyi podkastda "Los Anceles Leykers" və komandanın lideri Luka Donçiç barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Beverli Donçiçin fiziki hazırlığını və xarici görünüşünü yüksək qiymətləndirib: "Luka əla görünür. O, sadəcə inanılmazdır! Əgər bədən quruluşundan danışırıqsa, Luka modelə bənzəyir. Hətta Head and Shoulders reklamında çəkilən model kimi görünür. Saçları da möhtəşəmdir". Beverli əlavə edib ki, "Leykers" gözlənilmədən güclü çıxış edəcək: "Onlar kifayət qədər rəqabətədavamlı olacaqlar. Məncə, pley-offa vəsiqə qazanacaqlar. Qərb Konfransında bu bir qədər qəribə səslənə bilər, amma... LeBron Ceymsin itkisi istənilən kollektiv üçün böyük zərbədir və bunu heç nə ilə əvəz etmək mümkün deyil. Amma "Leykers" məhz istədikləri mədəniyyəti və özünəməxsus səsini formalaşdıran bir heyət qurub. Biz görəcəyik ki, Cey Cey Redik belə bir şəraitdə necə uğur qazanacaq".


