İtaliya A Seriyasının ikinci turu bu həftəsonu keçiriləcək.

Offsideplus.az xəbər verir ki, turun ilk oyunu cümə günü "Milan" və "Venesiya" arasında baş tutacaq. Şənbə günü "Yuventus" öz meydanında "Parma" ilə qarşılaşacaq. Bazar günü "Napoli" "Komo"nu qəbul edəcək, "İnter" isə səfərdə "Kalyari" ilə üz-üzə gələcək. Bazar ertəsi "Roma" səfərdə "Leççe"nin qonağı olacaq.