ESPN-in tanınmış basketbol eksperti Ben Qolliver "Qolden Steyt Uorriors"un fevral transfer pəncərəsi bağlanana qədər böyük bir dəyişiklik üçün fəal şəkildə çalışacağını proqnozlaşdırıb.

Offsideplus.az xəbər verir ki, Qolliver komandanın son 14 ildə cəmi ikinci dəfə mənfi balansla mövsümü başa vurduğunu və azarkeşlərin narahatlığını qeyd edib. O bildirib ki, LeBron Ceyms və Yannis Antetokunmpo başqa variantlara üstünlük verib, martda isə Stefen Karrinin 39 yaşı tamam olacaq. Ekspert sual edib ki, komandanın pley-offa qayıtmaq planı nəyə əsaslanır? İki il əvvəl "Qolden Steyt Uorriors" oxşar durğunluqla üzləşəndə, mövsümün ortasında Cimmi Batleri heyətə qataraq ikinci raunda yüksəlmişdi. İndi isə klubun transfer pəncərəsi bağlanana qədər bir neçə seçimi var: ya Batlerin bitməkdə olan müqaviləsini və digər aktivləri ulduz oyunçuya dəyişmək, ya da Kristaps Porziņqis ətrafında daha kiçik bir transfer etmək. Qolliver vurğulayıb ki, əgər Mayk Danlivi-kiçik ciddi addım atmasa, komandanı növbəti uğursuz mövsüm gözləyir.