"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqanın birinci turunda "Atletik" üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Flik komandasının çoxlu qol imkanları yaratdığını, lakin yalnız iki dəfə fərqləndiyini bildirib. O qeyd edib ki, hər zaman çox qol vurmaq mümkün olmur və əsas olan qapıdan top buraxmamaqdır. "Bəzi epizodlarda, hesab 1:0 olarkən bizə soyuqqanlılıq çatmadı. Rafinhanın ən yaxşı hücumçu olub-olmaması mənim üçün önəmli deyil, əsas odur ki, plan işləsin. Onun dinamizmi və pressinqi bu mövqeyə uyğun gəlir. Espartın texnikası və həm hücumda, həm də müdafiədə oyunu məni təəccübləndirdi. O, sol cinahda çox yaxşı çıxış etdi və yüksək səviyyəli oyunçudur. Hələ inkişaf etməyə ehtiyacı var, amma fantastik futbolçudur", – deyə Flik vurğulayıb.


