Fransa millisi 2027 FIBA Dünya Kubokunun Avropa seçmə mərhələsinin ikinci raunduna inamlı qələbə ilə başlayıb. Parisdə keçirilən qarşılaşmada fransızlar Sloveniyanı 92:67 hesabı ilə məğlub ediblər.

Offsideplus.az xəbər verir ki, Viktor Vembanyama cəmi 21 dəqiqə meydanda olmasına baxmayaraq, 22 xal, 9 ribaund və 1 blokşutla komandasının lideri olub. O, meydandan 10 atışdan 6-sını dəqiq yerinə yetirib, iki xal üçün etdiyi bütün 5 atışı dəqiq olub və cərimə atışlarında 10-dan 9-u dəqiq yerinə yetirib.

Fransa ilk hissədən təşəbbüsü ələ alıb və ilk çeyrəyi 31:17 öndə başa vurub. Fasiləyə isə 54:35 hesabı ilə üstün yollanıb. Ev sahibləri oyunun sonunadək fərqi qoruyub və bir ara üstünlüyü 29 xala qədər artırıblar.

Maksim Reyno və Mettyu Strazel hərəyə 13 xal toplayıblar. Strazel həm də 6 assistlə yadda qalıb. Rudi Qober 9 xal, 7 ribaund və 2 blokşutla fərqlənib, Silven Fransisko isə 9 xal əldə edib.

Sloveniyada Martin Krampely və Qreqor Qlas hərəyə 10 xal toplayıblar. Tibor Mirtic 9 xal və 8 ribaund, Alen Omiç isə 6 xal və 11 ribaundla yadda qalıb.