"Denver Nagets" litvalı mərkəz oyunçusu Yonas Valançunasın qismən zəmanətli müqaviləsi üzrə qalan 2 milyon dolları üç mövsümə böləcək.
Offsideplus.az xəbər verir ki, Valançunas artıq "Jalgiris"lə müqavilə imzalasa da, ötən ay "Denver" tərəfindən heyətdən çıxarılıb. Klub ona hər il 667 min dollar olmaqla, üç il ərzində ödəniş edəcək. Bu addım "Denver"in 2026/27 mövsümündə maaş fondunu təxminən 1,33 milyon dollar azaltmağa imkan verəcək. Buna baxmayaraq, komanda ikinci vergi həddini hələ də 3 milyon dollardan çox aşacaq. Gözlənilir ki, bu qərar nəticəsində "Nagets"in vergi ödənişi 84,3 milyon dollardan 75,3 milyon dollara enəcək.


