Braziliya millisinin və "Zenit"in müdafiəçisi Duqlas Santos Neymar barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Duqlas Santos Neymarı özünün kumiri adlandırıb və onun Braziliya futbolu üçün etdiklərini yüksək qiymətləndirib. "Neymar mənim üçün xüsusi insandır. O, karyeramın əvvəlindən heyran olduğum oyunçulardandır. Braziliya futbolu və milli komanda üçün inanılmaz işlər görüb. Biz birlikdə 2016 Olimpiadasında çıxış etmişik və onun yanında olmaq mənim üçün böyük şərəfdir. Neymar çox sadə və şən insandır, zarafat etməyi və yaxşı ab-hava yaratmağı sevir. Amma futboldan danışanda onun necə böyük oyunçu və təcrübəli olduğunu anlayırsan", – deyə Duqlas Santos bildirib.