Kevin Durant oyunlar zamanı onu təxribata çəkməyə çalışan azarkeşlərə münasibətini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Feniks Sans"ın ulduzu bu barədə belə deyib: "İnsanlar bilirlər ki, mənə nəsə desələr, cavab verəcəyəm. Bu söhbətdən sonra özlərini narahat hiss edəcəklər. Mən onları incidə bilərəm. Deyirəm: 'Mən həyatda səndən qat-qat uğurluyam. Sənin arzuladığın hər şeyə artıq nail olmuşam'. Söhbət bu tərzdə davam edir. Mənimlə bu cür danışmaq lazım deyil. Onlar özləri mənim bu tərəfimi görmək istəyirlər. Mən bu cür danışmağa 10 yaşından başlamışam. Mənə xoşdur ki, kiməsə həyatının ən yaddaqalan xatirələrindən birini bəxş edə bilirəm".