Transfer bazarının ən səs-küylü keçidlərindən biri gerçəkləşmək üzrədir.

Offsideplus.az xəbər verir ki, "Aston Villa" rəhbərliyi Rafael Leao transferində sona çatmaqdadır.

  • Maaş fərqi və oyunçunun istəyi: İngiltərə klubu Rafael Leaoya "Qalatasaray"ın təqdim etdiyi maaş təklifinə çata bilməyəcəyini açıq şəkildə bildirib. Buna baxmayaraq, portuqaliyalı ulduz karyerasında Premyer Liqanı əsas prioritet hesab edir.

  • Unai Emerinin rolu: Baş məşqçi Unai Emerinin şəxsən dövrəyə girərək Rafael Leao ilə bir neçə dəfə görüşməsi keçidin baş tutmasında həlledici rol oynayıb.

  • Razılıq formulası: "Aston Villa" rəhbərliyi həm "Milan" klubunun, həm də futbolçunun razılığını alacaq xüsusi bir transfer formulu hazırlayıb. Tərəflər arasında anlaşmanın əldə olunmasına az qalıb.