"Qarabağ" bu gün Konfrans Liqasının Liqa mərhələsinə yüksəlmək uğrunda "Tvente"ni qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz ilk oyundan sonra minimal üstünlüyə malikdir.

"Qarabağ" bu gün Niderland klubundan üstün olsa, ardıcıl 13-cü mövsüm avrokubokların əsas mərhələsində iştirak etmiş olacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Konfrans Liqası, pley-off mərhələsi

20:00 "Qarabağ" - "Tvente"

İlk oyun: 1:0

Tofiq Bəhramov adına Respublika Stadionu