PSJ-nin kapitanı Marquinhos UEFA-nın Respect mükafatına layiq görülüb.

Offsideplus.az xəbər verir ki, bu mükafat insanpərvərlik, ləyaqət, həmrəylik və empatiya nümayiş etdirən şəxslərə təqdim olunur. Marquinhos bu mükafatı Çempionlar Liqasının finalında "Arsenal" üzərində qələbədən sonra londonluların müdafiəçisi Qabriel Maqalyaysa yaxınlaşıb onu təsəlli etdiyi üçün alıb.

Qeyd edək ki, Marquinhos bu mükafata layiq görülən ilk futbolçu olub. Braziliyalı müdafiəçi hazırda Çempionlar Liqasının ümumi mərhələsinin püşkatmasında iştirak etmir – onun əvəzinə mükafatı almaq üçün səhnəyə "PSJ"nin prezidenti Nasser Əl-Xelayfi çıxıb.